понедельник, 11 января 2016 г.

Ekologiyanın pozulmasının canlılara təsiri

Bəşəriyyətin  müasir yaşayışını ekologiyasız təsəvvür etmək mümkün  deyildir. Yazmagı, oxumagi, saymagı bilmədən yaşamaq nə qədər çətindirsə,ekologiyanın əsaslarını öyrənmədən də yaşamaq bir o qədər çətinləşir.

Müasir dövürdə ətraf mühitin  çirklənməsi bir nömrəli ekoloji promlem hesab olunur.İnsanla təbiət arasnda  olan əlaqə  bir-birinə mənfi təsir  göstərmişdir. İnsan təbiətdən öz məqsədinə  nail olmaq üçün  istifadə etməklə ekoloji tarazlığı pozmuş ,təbiət isə bunun muqabilinədə insan mühitinə , insan cəmiyyətinə öz gücunu göstərmişdir.

Ekologuyanın korlanması  bütün canlıların həyatına və sağlamlıgına mənfi təsir edir.Suyun çirklənməsi  göllərə , çaylara və yeraltı su mənbələrinə çirkləndirici maddələrin daxil olması nəticəsində  baş verir.Su həyatverici  hesab olunur. Son 40 il ərzində adam başına düşən su ehtiyatı 60%azalıb.  Su yolu ilə yayılan  xəstəliklərdən ildə 3 milyon adam   həyatını itirir .Suyun çirklənməsi  suda yaşayan flora və faunaya da mənfi təsir etmiş  onların məhvinə səbəb olmuşdur.
 


Atmosferin çirklənməsi  də bütün canlılara mənfi təsir edir.Hava çatışmazlığı oldugu zaman  canlılar 4 dəqiqə ərzində məhv olurlar .Hər il atmosferə 25 min tonlarla zəhərli qazlar buraxılır.  Bu qazlar havaya daxil olur və turş yağışlar şəklində yerə enir . Turş yağışların yağması canlıların həyatında böyük problemlərə  gətirib çəxarır.Meşələrin qırılmasi, qlobal istiləşmə, buzlaqların əriməsi  təbii fəlakətlərin  artması və bunlardan doğan mənfiliklər də  dünyada ekoloji   vəziyyəti   gündən-günə pisləşdirir  və hər birimiz   bunda iştirak edirik.
















1 комментарий: