Biz hər birimiz öz təbiətimizin sahibiyik. Təbiət böyük bir xəzinədir. Balıqlara su , quşlara hava ,heyvanlara dağlar, dərələr,meşələr, insanlara təbiət bütövlükdə lazımdır.Buna görə də bizim məqsədimiz təbiəti qorumaq və müdafiə etməkdir.
Müasir dövrdə ekoloji problemlər artmışdır.Bu problemlərin artmasının əsas səbəbi elmi- texniki tərəqqinin sürətlə inkişaf etməsidir.Ekoloji problemlər-müxtəlif ekoloji amillər nəticəsində təbiətin strukturunun və funksiyasının dəyişməsi nəticəsində yaranan problemlərdir.Ekoloji halın dözülməz hala gəlmə səbələri zəncirvari olaraq digər fəsadlar törədir.
- Meşələrin məhv edilməsi,yaşıllıqların qırılması;
- Atmosferdə toz və qazların toplanması nəticəsində istilik balansının və qlobal istiləşməsinin yaranması;
- Ozon təbəqəsinin ildən -ilə nazikləşməsi və ozon deşiklərinin yaranması;
- Torpağın şoranlaşmasısı və münbitliyin aşağı düşməsi;
- Torpaqda,suda,havada zərərli maddələrin toplanması;
- Okean səviyyəsinin qalxması;
- Bitki və heyvanların məhv edilməsi ;
- Təbii fəlakətlərin sayının artması;
Bütün bunlar ekoloji tarazlığın pozulmasına, insan ömrünün qısalması,səhhətlərin pozulması, doğuşların qeyri-normallığı, yaşama və işləmənin çətinləşməsinə gətirib çıxarmışdır.
Комментариев нет:
Отправить комментарий