среда, 13 января 2016 г.

Ekoloji pozğunluğunu aradan qaldırılması yolları

Insanın fəaliyyəti təbiətin çirklənməsi ilə nəticələnir. Ekologıyanın qarşısında Yer kürəsini  xilas etmək kimi çətin bir vəzifə durur.Ekologiyanı orqanizmlər arasında, orqanizmlə ətraf mühit , canlı və cansız varlıqların  arasında qarşılıqlı münasibətləri öyrənən elm də adlandırırlar. Təbiətdə hər şey bir-biri ilə əlaqəlidir. 
Planetdə ekoloji tarazlığın qorunub saxlanması, ehtiyatlardan səmərəli istifadə , suyun, havanın, torpağın   çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemdir.Ekoloji problemlərin həlli yalnız bütün   ölkələrin iştirakı sayəsində beynəlxalq əməkdaşlıq nəticısində mümkündür Bu istiqamətdə atılan ən önəmli addım ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır
Sənaye istehslında oksigenə təlabatı təkmilləşdirmək


Nəqliyyat sisteminin elektrikləşməsi

Torpaqların münbitləşməsi  və yeganə oksigen istehsal edən yaşıllıqların salınması
Suvarma sistemini təşkili və bütün bunların ümumi və dövlət tərəfindən qorunması




понедельник, 11 января 2016 г.

Ekologiyanın pozulmasının canlılara təsiri

Bəşəriyyətin  müasir yaşayışını ekologiyasız təsəvvür etmək mümkün  deyildir. Yazmagı, oxumagi, saymagı bilmədən yaşamaq nə qədər çətindirsə,ekologiyanın əsaslarını öyrənmədən də yaşamaq bir o qədər çətinləşir.

Müasir dövürdə ətraf mühitin  çirklənməsi bir nömrəli ekoloji promlem hesab olunur.İnsanla təbiət arasnda  olan əlaqə  bir-birinə mənfi təsir  göstərmişdir. İnsan təbiətdən öz məqsədinə  nail olmaq üçün  istifadə etməklə ekoloji tarazlığı pozmuş ,təbiət isə bunun muqabilinədə insan mühitinə , insan cəmiyyətinə öz gücunu göstərmişdir.

Ekologuyanın korlanması  bütün canlıların həyatına və sağlamlıgına mənfi təsir edir.Suyun çirklənməsi  göllərə , çaylara və yeraltı su mənbələrinə çirkləndirici maddələrin daxil olması nəticəsində  baş verir.Su həyatverici  hesab olunur. Son 40 il ərzində adam başına düşən su ehtiyatı 60%azalıb.  Su yolu ilə yayılan  xəstəliklərdən ildə 3 milyon adam   həyatını itirir .Suyun çirklənməsi  suda yaşayan flora və faunaya da mənfi təsir etmiş  onların məhvinə səbəb olmuşdur.
 


Atmosferin çirklənməsi  də bütün canlılara mənfi təsir edir.Hava çatışmazlığı oldugu zaman  canlılar 4 dəqiqə ərzində məhv olurlar .Hər il atmosferə 25 min tonlarla zəhərli qazlar buraxılır.  Bu qazlar havaya daxil olur və turş yağışlar şəklində yerə enir . Turş yağışların yağması canlıların həyatında böyük problemlərə  gətirib çəxarır.Meşələrin qırılmasi, qlobal istiləşmə, buzlaqların əriməsi  təbii fəlakətlərin  artması və bunlardan doğan mənfiliklər də  dünyada ekoloji   vəziyyəti   gündən-günə pisləşdirir  və hər birimiz   bunda iştirak edirik.
















EKOLOGİYANIN POZULMASI SƏBƏBLƏRİ

Biz hər birimiz öz təbiətimizin sahibiyik. Təbiət böyük bir xəzinədir. Balıqlara su , quşlara hava ,heyvanlara dağlar, dərələr,meşələr, insanlara  təbiət bütövlükdə lazımdır.Buna görə də bizim məqsədimiz təbiəti  qorumaq və müdafiə etməkdir.

Müasir dövrdə ekoloji problemlər artmışdır.Bu problemlərin artmasının əsas səbəbi elmi- texniki tərəqqinin sürətlə inkişaf etməsidir.Ekoloji problemlər-müxtəlif ekoloji amillər nəticəsində təbiətin strukturunun  və funksiyasının dəyişməsi nəticəsində yaranan problemlərdir.Ekoloji halın  dözülməz hala  gəlmə səbələri zəncirvari olaraq digər  fəsadlar törədir.
  • Meşələrin məhv edilməsi,yaşıllıqların qırılması;
  • Atmosferdə toz və qazların toplanması nəticəsində istilik  balansının və qlobal istiləşməsinin yaranması;
  • Ozon təbəqəsinin ildən -ilə nazikləşməsi və ozon deşiklərinin yaranması;
  • Torpağın şoranlaşmasısı və münbitliyin aşağı  düşməsi;
  • Torpaqda,suda,havada zərərli maddələrin toplanması;
  • Okean  səviyyəsinin qalxması; 
  • Bitki və heyvanların  məhv edilməsi ;                                         
  • Təbii fəlakətlərin  sayının artması;
Bütün bunlar ekoloji tarazlığın  pozulmasına, insan ömrünün qısalması,səhhətlərin pozulması,   doğuşların qeyri-normallığı,  yaşama və işləmənin çətinləşməsinə   gətirib çıxarmışdır.